NAVIQASIYA
AZ | EN | RU
Birbaşa Zəng
Dəstək Mərkəzi

Tez-tez Verilən Suallar

RaulRent avtomobil icarəsi, B2B korporativ əməkdaşlıq, sığorta və ödəniş şərtləri barədə ən çox verilən sualların cavablarını burada tapa bilərsiniz.

Ümumi Şərtlər və Qaydalar

Fərdi şəxslər üçün minimum 21 yaş, ən azı 1-2 illik sürücülük təcrübəsi, şəxsiyyət vəsiqəsi (və ya xarici pasport) və etibarlı sürücülük vəsiqəsi tələb olunur. Korporativ (B2B) icarələrdə isə şirkətin rekvizitləri və muqavilə əsas götürülür.
Bəli, RaulRent avtoparkındakı bütün avtomobillər 100% İcbari sığortalıdır. Sürücünün kobud qayda pozuntusu (içkili maşın sürmə, hadisə yerindən qaçma) olmadığı təqdirdə, baş verən qəza xərcləri tam sığorta tərəfindən qarşılanır.
Şirkətimizdə əksər avtomobillər və xüsusilə uzunmüddətli korporativ müqavilələr üçün yürüş limiti limitsizdir. Bəzi xüsusi ekonom sinif avtomobillərdə günlük 250-300 km limiti ola bilər ki, bu da müqavilə zamanı öncədən şəffaf şəkildə qeyd olunur.

Ödəniş və Maliyyə Sualları

Saytımızda və ya sizə təqdim olunan təklifdə görünən qiymətlər tam yekun qiymətlərdir. Qiymətə avtomobilin icarəsi, sığorta (Kasko+İcbari) və 7/24 texniki dəstək daxildir. Heç bir gizli xərc və ya sonradan çıxan komissiya yoxdur.
Daimi müştərilərimizə və B2B korporativ tərəfdaşlarımıza tamamilə depozitsiz şərtlərlə xidmət göstəririk. İlk dəfə müraciət edən xarici qonaqlar və fərdi şəxslər üçün isə avtomobilin sinfindən asılı olaraq xırda bir təminat depoziti icra oluna bilər və maşın saz təhvil alındıqda dərhal geri qaytarılır.
Nəqd ödəniş, Visa/Mastercard (Post-terminal), daxili köçürmələr və B2B partnyorlarımız üçün tam rəsmi bank hesabı ilə (Faktura əsasında) köçürmələri qəbul edirik.

B2B & Korporativ Əməkdaşlıq

Korporativ partnyorlarımız avtomobil satınalma, amortizasiya, vergi, sığorta və təkər/yağ dəyişimi kimi əlavə başağrılarından tam azad olunurlar. Bütün bu texniki və hüquqi prosesləri RaulRent idarə edir. Ödənişlər tam rəsmi şəkildə xərc kimi qeydiyyata alınır və ƏDV-li faktura təqdim olunur.
7/24 yolda operativ yardım xidmətimiz mövcuddur. Əgər avtomobildə hər hansı texniki nasazlıq yaranarsa və təmiri 2-3 saatdan çox çəkərsə, RaulRent dərhal eyni sinifdən və ya daha üstün sinifdən olan əvəzedici (back-up) avtomobili tamamilə ödənişsiz olaraq partnyor şirkətə təqdim edir.
Korporativ tariflər və B2B endirimləri minimum 1 aylıq müqavilələrdən başlayır. 6 aylıq və 1 illik müqavilələrdə isə tamamilə fərqli, şok qiymət paketləri tətbiq olunur.

Başqa bir sualınız var?

Axtardığınız cavabı tapa bilmədinizsə, çəkinmədən dərhal bizim müştəri məsləhətçimizə canlı olaraq ünvanlaya bilərsiniz.

Canlı Dəstək Xətti